41 il sonra azadlıqda – “Hər kəs öz-özünə danışır...” (VİDEO)


16:35     28 Noyabr 2015 44%20il.jpg

25 yaşında həbs olunan Otis Cons adlı şəxs 44 il sonra azadlığa buraxılıb.


41 ildən sonra azadlığa buraxılan Cons “Al Jazeera” kanalına müsahibə verib.

Nyu York şəhərində yaşayan Otis Conson 25 yaşında olarkən adam öldürdüyünə görə həbs olunmuşdu. Ömrünün 44 ilini həbsdə yaşayan 69 yaşlı Conson həbsdən çıxdıqdan sonra gördüklərinə inanmadı. 1970-ci illərdəki həyatla 2015-ci il arasındakı fərqi heç cür anlamayan Conson ilkin təəsüratlarını belə izah etdi:

“Bəli, nələrinsə dəyişdiyindən xəbərdar idim. “Twitter” adlanan bir şeyin olduğunu eşitmişdim. Müxtəlif qəzet və jurnallardan müasir həyatla bağlı az-çox məlumata sahib idim. Lakin bu qədər dəyişiklik ağlıma da gəlməzdi. Yeməklər, insanlar, böyük ekran televizorlar, hər şey dəyişib. İnsanlar bir-birilərinə baxmırlar, suallarınıza cavab vermirlər. Hər kəs əlindəki telefona baxır. Əvvəllər elə düşünürdüm ki, insanlar özləri ilə söhbət edir. Sonradan bildim ki, onlar telefonla danışırmış. Xüsusilə, gənclərin böyüklərə qarşı hörmətsizliyi məni çox təsirləndirdi. Yeməklərin dadı çox dəyişib. 70-ci illərdə metrodan torpaq qoxusu gələrdi. İndi isə vəziyyət tamamilə dəyişib”.

“Yenidən ora qayıtmaq istəmirəm”…

Conson ona ünvanlanmış “Yenidən həbsxanaya qayıtmaq istərdinizmi?” belə cavab verdi:
“Həbsxanaya qayıtmaq istəmirəm, amma Nyu Yorkda da yaşamaq istəmirəm. Nyu York insanların sıx yaşadığı bir şəhərdir. Belə bir şəhərdə yaşamaq mənim üçün çətin olacaq. Yəqin ki, cənub şəhərlərin birində yaşayaram”.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6321