41 yaşlı kişi boğazını kəsdi - Bakıda dəhşət


13:38     06 May 2016 publika.az1449870438tecili%20yardim.jpg

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, ev 4-də yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib.

O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib.

Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü-özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1198