41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü


23:45     13 Oktyabr 2017 1429679727_tok-vurdu-cenubnews9.jpg

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.

Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 789