11 məntəqədə nəticələrin ləğvindən sonra yaranan FƏRQ
15:47 19 Fevral 2020
Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında 29 saylı və 79 saylı seçki dairələrinin bəzi məntəqələrində seçkilərin nəticəsi etibarsız hesab edilib. 29 saylı dairənin 6 məntəqəsi, 79 saylı dairənin isə 5 məntəqəsi ləğv edilib.
Məlumdur ki, MSK-nın ilkin nəticələrinə əsasən, 29 saylı dairədən lider namizəd Nigar Arpadarai, 79 saylı dairədən isə lider namizəd Razi Nurullayevdir.
Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məqamda hər iki dairədə bir neçə məntəqənin ləğvi nəticəsində lider namizədlərin səsində baş verən fərqi araşdırıb.
Qeyd edək ki, hazırda 29 saylı dairədə lider namizəd olan Nigar Arpadarainin 4337-i səsi var. Ona ən yaxın rəqib namizəd olan Bəxtiyar Hacıyevin isə səsi 1113-dür. Fərq 3224 səsdir.
79 saylı dairədə lider namizəd olan Razi Nurullayevin hazırda 2398 səsi var, ən yaxın rəqibi olan Murad Fərzəliyevin isə 2209 səsi var. Fərq 189 səsdir.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib
- 113 gün dağlarda gizlənib ermənilərin mühasirəsindən çıxdılar - VİDEO
- 1151 yeni yoluxma - 29 ölüm
- 112 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
- 11 nömrəli marşrutun hərəkəti müvəqqəti dəyişdirilib
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- 117 km-dən çox yol minalardan təmizləndi
- 11 ayda 13439 cütlük boşanıb - RƏSMi
- 11 milyon manata yaxın borc ödənilməsə, qaz verilişi dayandırıla bilər
- 11 ayda uşaqlara ən çox bu adlar qoyuldu