29 saylı Səbail Seçki Dairəsində nəticəsi ləğv edilən seçki məntəqələrinin sayı 7-yə çatıb
20:12 24 Fevral 2020
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sultan Nəcəfov və Elçin Rəhimovun müraciətinə baxılıb.
Femida.az -ın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.
MSK 29 saylı Səbail Seçki Dairəsi üzrə 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.
Qeyd edək ki, 29 saylı Səbail Seçki Dairəsində lider namizəd Nigar Arpadaraidir.
Bundan əvvəl bu dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.
Oxunub: 661
Oxşar xəbərlər
- 297 yeni yoluxma - 3 nəfər öldü
- 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
- 29 ictimai iaşə obyektində qaydalara əməl olunmadığı aşkarlandı
- 29 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
- 29 cinayətin üstü “isti izlər”lə açılıb
- 29 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb
- 292 nəfər namizədliyini geri götürdü - 1345 namizəd qaldı
- 293 nəfər deputatlığa namizədliyini geri götürüb
- 29 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
- 29 yaşlı gənc başından bıçaqlandı