TƏBİB Astara xəstəxanasındakı görüntülərlə bağlı açıqlama yaydı
17:40 27 Fevral 2020
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayıb.
Femida.az-a daxil olan məlumatda bildirilir ki, xəstəxanadakı çatışmazlıqlar aradan qaldırılır.
Qeyd olunub ki, videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb: "TƏBİB-in rəhbərliyi ötən gün Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib. Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək. Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik".
Oxunub: 487
Oxşar xəbərlər
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- TƏBİB-ə yeni səlahiyyət verilib
- TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub
- TƏBİB: "Son günlər yoluxma kəskin artır"
- TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı
- TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
- TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib
- TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
- TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı