Femida.az mükafat aldı - FOTOLAR


14:39     30 Noyabr 2015 12319807_607541396052835_1721929873_n9.jpg

Femida.az xəbər verir ki, Hüquqşünaslar Qrupu iki yaşını qeyd edib.

Tədbirdə tanınmış hüquqşünaslar Loğman Abdullayev, Ceyhun Yusifov ,Adəm Məmmədov, Nicat İsmixanov, Ərşad Hüseynov, Əkrəm Həsənov, Aqil Layicov, Xədicə Şirinova, Səbuhi Axundov, Nicat Gözəlov, Cəmil Adışov, Nemət Ağalarov, Faiq Nağıyev, Elvin Səlimov, Erkin Məmmədov,Ramil Süleymanov,Asif Abdullayev,Leyla Salmanlı və digərləri iştirak edib.Tədbirin yadda qalan məqamlarından biri də, mükafatlandırma mərasimi olub. Hüquqşünaslar qrupu tərəfindən Femida.az saytı ictimai fəaliyyətdə göstərdiyi informasiya dəstəyinə görə,“İlin Hüquq Portalı” və saytın əməkdaşı Miri Məcidli Hüquqşünaslar qrupunun ictimai fəaliyyətində aktiv iştirakına görə, “Təşəkkürnamə” ilə təltif olunub.

Xatırladaq ki, Hüquqşünaslar Feysbuk Qrupu 2013-cü il tarixində bir qrup təşəbbüskar vəkil və praktiki hüquqşünaslar tərəfindən təsis edilib.
Qrup hüquq sahəsində maraqlı tərəflər, xüsusi ilə hüquqşünaslar arasında geniş ortaq müzakirə, əlaqələndirmə, yardımlaşma və xəbərləşmə məkanı olmağı hədəfləyir. Əsas məqsəd ölkədə müxtəlif sahələrdə təmsil olunan hüquqşünasların yuxarıda sadalanan məqsədlər ətrafında bir araya gəlməsinə nail olmaqdır.

Femida.az kollektivi hüquqşünasları təbrik edir və təltifə görə, təşəkkürümüzü bildiririk.











Açar sözlər:

Oxunub: 4565