Gəncədə atasını öldürənin məhkəməsi başlayır


18:28     03 Mart 2020 20_03_03_1583241480.jpg

Gəncədə atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.



Qeyd edək ki, hadisə ötən il Gəncə şəhər Dəmiryolu, 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

Y. Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 694