Tofiq Hacıyevi kim əvəz edəcək?


19:12     30 Noyabr 2015 4004737870.jpg

Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Baba Məhərrəmli icra edir.


Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli deyib.

O bildirib ki, hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda cari məsələləri direktor müavini həyata keçirir.

T. Kərimli qeyd edib ki, adətən İnstitut direktorları vəfat edərkən onların 40 mərasimindən sonra direktor postuna təyinat olur: “Tofiq Hacıyevin ruhuna hörmət və ehtiram əlaməti olaraq onun 40 mərasimindən sonra müvafiq təyinat həyata keçiriləcək”.

Qeyd edək ki, ötən həftə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 801