Təhsil Nazirliyi bütün təhsil müəssisələrinə tapşırıq verib
20:45 07 Mart 2020
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Təhsil Nazirliyindən Femida.az-a bildiriblər ki, sərəncamın icrası məqsədilə nazirlik bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.
Femida.az
Oxunub: 709
Oxşar xəbərlər
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
- Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb
- Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
- Təhsil müəssisələri bağlana bilər? - Nazir danışır