Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı
11:11 14 Mart 2020
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı azərbaycanlı sağalıb.
Femida.az xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan şəxsdə aşkarlanıb.
Bu günə qədər Gürcüstanda koronavirus diaqnozu 25 şəxsə qoyulub. Karantində 314, stasionar nəzarətdə isə 63 nəfər saxlanılır. (Report)
Oxunub: 410
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var