Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı


11:14     16 Mart 2020 iran%20serhed6.jpg

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi¬nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.


Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticə¬sində son bir ay ərzində dövlət sərhə¬dindən buraxılış məntəqələrində 20 əcnə¬binin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırıl¬ması halları müəyyən edilərək müvafiq tədbirlər görülmüşdür.

12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid¬¬məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınmışdır. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürül¬müşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər: #Azərbaycan   #Sərhəd  

Oxunub: 443