Mingəçevir və Şəkidə qaydaları pozanlar cərimələnib


16:42     05 Aprel 2020 20_04_05_1586091822.jpg

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsininn əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır.

Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Gücləndirilmiş xüsusi karantin rejiminin daxil olduğu gecə saatlarından etibarən Mingəçevirdə 12 nəfər vətəndaş barəsində inzibati protokol tərtib olunub.

Şəhərin küçələrində piyadaların və nəqliyyatın hərəkətinin minimum həddə düşməsinə rəğmən müvafiq karantin rejimi və yeni qaydalara riayət olunmayan hallar da qeydə alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti Şəki Regional Qrupundan APA-nın yerli bürosuna verilən məlumata əsasən, şəhərdə xüsusi rejimə nəzarət edən Polis Şöbəsi əməkdaşları tələbləri pozduğuna görə 12 vətəndaş haqqında inzibati protokol tərtib edib. Onların hər biri cərimələnib.

Onu da qeyd edək ki, şəhərin giriş-çıxış nöqtələrində qoyulan müvəqqəti nəzarət postlarında da son günlər ərzində iki dəfə olaraq qanunsuz keçidə cəhd göstərilib. Birinci halda Ağdaş rayon sakinlərinə şifahi xəbərdarlıq edilərək geri qaytarılıb. “Mercedes” markalı minik maşını ilə Gəncə şosesi istiqamətindən Mingəçevirə girməyə çalışan Yevlax rayon sakini haqqında inzibati cəza tətbiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 860