Azərbaycanda istehsal edilən tibbi maskalar gələn həftə satışa çıxarılacaq
12:30 07 Aprel 2020
"Sumqayıtda ötən gün fəaliyyətə başlamış maska istehsalı müəssisəsinin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus həmin müəssisənin investisiya dəyəri 3,9 milyon manatdır. Bunun 1,2 milyon manatını İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit kimi ayırıb. İki həftə ərzində lazımi avadanlıqlar və xammal alınıb. Burada tibbi maska ilə yanaşı, tibbi spirt və dezinfeksiya vasitələri də istehsal olunur. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır", - deyə o, qeyd edib.
"Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq: "Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb".
Yeni müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi 3 növbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir.
Femida.az
Oxunub: 689
Oxşar xəbərlər
- "COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir
- Maska qadağasının ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Azərbaycanda maska məcburiyyəti aradan qaldırılır
- Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
- DYP tibbi maska ilə bağlı avtobus sürücülərinə müraciət edib