Ramil Usubov Nardaranda
17:08 02 Dekabr 2015
Nardaran qəsəbəsində son durum tam fərqlidir.
Dünəndən başlayaraq qəsəbənin orta əsrlər ab-havasının dəyişdirilməsi istiqamətində aparılan tədbirlər bu gün də davam etdirilir. Radikal dini şüarlar, plakatlar və qara bayraqlar yığışdırılır. Qəsəbədəki inzibati binalarda Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır.
Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülüb. Qəsəbənin ev və küçələrində divarlarda qara boyalı yazılar silinir, divarlar ağ boya ilə təmizlənir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər saatlarından Nardaran qəsəbəsinə gələrək, İcra Hakimiyyəti qurumları tərəfindən qəsəbədə aparılan işlərə nəzarət edir.
Qəsəbə və qəsəbə ətrafında Çevik Polis Alayı tərəfindən nəzarət davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov da qəsəbədədir.
Bu gün Daxili işlər naziri Ramil Usubovun da qəsəbyə gəlişi gözlənilir. (trend)
Məlumata görə, nazir qəsəbəyə baş çəkərək, hazırki vəziyyətlə tanış olacaq.
Oxunub: 1536
Oxşar xəbərlər
- Ramil Usubov yeni rəis təyin etdi
- Ramil Usubov əmr imzaladı
- Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi
- Ramil Usubov vətəndaşlarla görüşdü
- Ramil Usubov vətəndaşları qəbul edəcək
- Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
- Ramil Usubov polkovniki təqaüdə göndərdi
- Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib
- Ramil Usubov Gəncədə görüş keçirdi
- Ramil Usubov cinsi azlıqların saxlanılmasından danışdı