Daha bir parklanma yeri ləğv edildi


22:13     02 Dekabr 2015 axar.az1449061103DSC_0080.JPG

Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib.


Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə də qoyulub.

Bu cür işlərin parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa, yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki, bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.

Açar sözlər:

Oxunub: 878