Nardaranda 22 nəfər saxlanılıb - Siyahı


00:51     03 Dekabr 2015 nardaran_7.jpg


Nardaranda dünən keçirilən əməliyyat zamanı 22 nəfərin saxlanıldığı deyilir.

Femida.az-ın musavat.com-a istinadən məlumatına görə, kənd sakinləri hələ ki, saxlanılanların 22 nəfər olduğunu bilir, lakin bəzi sakinlərdən ümumiyyətlə xəbər yoxdur. Onların saxlanılması və ya harada olması məlum deyil.

Sayt saxlanılan bəzi şəxslərin adlarını kənd sakinlərindən öyrənə bilib:

Atabala Şahbazov Abbasəli oğlu;

Mehdi Haciəlioğlu;

Hacı Əli Mollahüseyn oğlu;

Əlimirzə kənd sakini;

Vüqar adlı kənd sakini;

Mehman Müştəba;

Bəxtiyar və iki qardaşı

Əbülfəz Hacıbala oğlu;

Keçmiş bələdiyyə sədri Hacı Eldar və iki oğlu;

Sərdar Ələmdar oğlu;

Bəylər adlı kənd sakini.

Açar sözlər:

Oxunub: 754