190 manata görə qeydiyyatdan keçib cavab SMS-i almayanların NƏZƏRİNƏ
09:14 17 Aprel 2020
190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin-olunub olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.
Femida.az xəbər verir ki, 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir.Artıq 20 min nəfərə imtina sms-i göndərilib.Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.
Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.
Hazırda qeydiyyat zamanı "həyat yoldaşının fin kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və fin kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.
Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.
Oxunub: 762
Oxşar xəbərlər
- 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb
- 190 manatlıq ödənişlər köçürüldü
- 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi yekunlaşdırılıb
- 190 manatın verilməsinə başlanıldı
- 190 manat alacaq şəxslərin siyahısı banklara göndərilib
- 190 manatla bağlı suala aid daha bir açıqlama
- 190 manat nə vaxt veriləcək? - Nazir müavini açıqladı
- 190 manatın verilməsinə başlanıldı
- 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - Yeni açıqlama
- 190 manat ala bilməyənlərə ŞAD XƏBƏR - Yenidən müraciət edə bilərsiz