Maydakı qeyri-iş günləri məlum oldu
16:19 20 Aprel 2020
Bu ilin may ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub.
Femida.az xəbər verir ki, mayın 9-da ölkədə Faşizm üzərində Qələbə Günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika Günüdür.
Bununla yanaşı, mayın 9-u şənbə günü olduğundan mayın 11-i, həmçinin mayın 24-ü bazar gününə təsadüf etdiyinə görə mayın 26-sı da qeyri-iş günü olacaq.
Qeyd edək ki, aprelin 18-də Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı qərar verib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Femida.az
Oxunub: 593
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO
- Enerji içkisi olmayan suları bu adla satan obyekt sahibləri cəzalandırılıb
- Umayra Tağıyeva: "Son 2 gündə yağıntının miqdarı aylıq normanı keçib"
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- KİV: Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri avqustun 30-da görüşəcəklər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib