Ərəb nazir Azərbaycanda ov edir


16:32     03 Dekabr 2015 126078_src%20(1).jpg

Qətərin Energetika və Sənaye naziri Məhəmməd bin Saleh Sada Azərbaycana ova gəlib.


Qətərli nazir Azərbaycanda on günlük ovunun təşkil edilməsi üçün yerli turizm agentliklərindən birinə müraciət edib.

Qətər nazirini 11 nəfərdən ibarət qrup müşayiət edir. Bura qulluqçular, aşpaz və hətta ov şahinləri üçün veterinar da daxildir. Nazir Azərbaycana 10 ov şahini gətirib.

Məhəmməd bin Saleh Sada ov üçün Sabirabad və İmişli rayonlarının ərazisini əhatə edən Sarısu gölünü seçib.

Açar sözlər:

Oxunub: 1166