Ərəb Əmirliyində şok qərar - Qətərə rəğbət bəsləyənlərə 15 il həbs veriləcək


00:45     08 İyun 2017 1398947325_mehkeme3.jpg

Qətərə rəğbət bəsləyən Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) sakinləri 15 ilədək azadlıqdan məhrum ediləcəklər.


Femida.az“Gulf News”a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Baş Prokorluğu bildirib.
Məlumata görə, ölkənin baş prokuroru Xamad Saif əş-Şəms bildirib ki, Qətərə münasibətdə qeyri-obyektiv yanaşanlar və ya bu ölkə ilə həmrəy olub, BƏƏ-nin mövqeyinin əleyhinə sosial şəbəkələrdə, yazılı, yaxud şifahi və görünütülü formada çıxış edənlərə ciddi və sərt tədbirlər görülücək.
Onun sözlərinə görə, həbslə yanaşı, həmin cinayətkar 135 min dollar məbləğində cərimə ödəyəcək.

Açar sözlər:

Oxunub: 1590