Həyat yoldaşı birdəfəlik ödəmə alan 65 min şəxsə bu ödəmə verilmədi
16:46 01 May 2020
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət edənlərdən 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə aldığı müəyyən edilib.
Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu səbəbdən həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.
Qanunvericiliyə əsasən, birdəfəlik ödəmə əmək qabiliyyətli, lakin işsiz, dövlətdən heç bir ödəniş almayan və aztəminatlılıq meyarlarına uyğun ər və arvaddan yalnız birinə, eləcə də ailədə qeyd edilən kriteriyalara uyğun digər şəxslər varsa, onlara təyin edilir.
Müraciət etmiş 65 min şəxsin həyat yoldaşının onlayn müraciəti əsasında artıq bu ödəmə təyin olunduğundan onların özünə ödəmə təyin edilməyib.
Femida.az
Oxunub: 582
Oxşar xəbərlər
- Həyat yoldaşını bıçaqlayaraq, qayınanasını qətlə yetirən Şəmkir sakini saxlanılıb
- Həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi
- Həyatını xalqına həsr edən milyonçu - 196 İL ÖTDÜ
- Həyat yoldaşı Arif Alışanovla boşandı
- Həyat yoldaşını bıçaqlayan elmlər namizədinə hökm oxundu
- Həyat yoldaşından ayrılan kişi özünü asdı
- Həyatımız ikiyə parçalanıb: "Apreldən öncə və sonra" - Ermənilərdən ACI ETİRAF
- Həyat yoldaşı küsdüyü üçün intihara cəhd etdi - Gəncədə gərgin gecə