Tərtərdə qonşu qonşunu qətlə yetirib


12:22     09 May 2020 20_05_09_1589012590.jpg

Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.

Hüquqi-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X. Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 812