Nənə və babasını armaturla döyüb öldürdü – Dəhşətli qətlin ilk GÖRÜNTÜSÜ


21:44     10 May 2020 20_05_10_1589132690.jpg

İsmayıllı rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

APA TV xəbər verir ki, kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb. İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 1334