Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlandı
14:50 29 May 2020
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.
Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.
Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7 700-ə çatıb.
2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 100-ə çatacaq.
Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.
Femida.az
Oxunub: 895
Oxşar xəbərlər
- Mənzillərin sahəsi qanuna görə bu şəkildə hesablanmalıdır
- Mənzillər üçün növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək
- Mənzilləri soyan şəxslərin məhkəməsi başlayır
- Mənzilləri qarət edən iki qardaş tutuldu
- Mənzillərdən oğurluq edən şəxslər tutulub
- Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb (FOTO)