Daşkəsəndə qadın müəmmalı şəkildə qətlə yetirilib


12:20     04 İyun 2020 Tecili%20yardim%20xestexana%20190412.jpg

Daşkəsən rayonunda qadın öldürülüb.

Femida.az-ın xəbərinə görə, rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 663