Boş qalan Lənkəran küçələrindən - Fotolar


14:58     06 İyun 2020 2020/06/l1_1591441424.jpg

Bu gecədən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Lənkəranda şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də qurulmuş postlarda xidmət aparır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polisin əməkdaşları avtopatrul və piyada marşrutları ilə də xidmət aparır.

Nazirlər Kabinetinin qərarından irəli gələn tələblərin icrasına ciddi şəkildə nəzarət olunur. Edilən xəbədarlıqlardan sonra insanların, demək olar, hamısının qaydalara uyğun olaraq evlərində və ya olduqları yerdə qaldıqları, küçəyə çıxmadığı müşahidə olunur. Bütün ticarət, xidmət və digər iaşə obyektləri, dövlət və özəl müəssisələr bağlıdır.

Lənkəran şəhərinin küçələri tamamilə boşdur. Polis və daxili qoşunların hərbi qulluqçıları kənd ərazilərində, məhəllələrdə də karantin qaydalarının icrasına nəzarəti həyata keçirir. Edilən xəbərdarlıqlara rəğmən, karantin qaydalarını pozan tək-tək insanlara rast gəlinir ki, onlarla bağlı da qanunamüvafiq tədbirlər görülür.

Femida.az

Açar sözlər: #Lənkəran  

Oxunub: 699