Zeynəb Məmmədyarova beynəlxalq turnirin qalibi olub


10:37     15 İyun 2020 20_06_15_1592203109.jpg

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova “Cerba” beynəlxalq turnirinin qalibi olub.

Femida.az -ın məlumatına görə, qrossmeysterimiz Tunis Şahmat Federasiyasının blits üzrə onlayn keçirdiyi yarışda bütün rəqiblərini qabaqlayıb.

Birinci olan Məmmədyarova 400 dollar pul mükafatına yiyələnib. İkinci yeri rusiyalı Aleksandra Maltsevskaya, üçüncü pilləni isə monqolustanlı Oçirxuyaq Ulziixişigjarqal tutub.


Qeyd edək ki, 700-dək şahmatçının qatıldığı turnirdə 20 təmsilçimiz mübarizə aparıb.

Açar sözlər:

Oxunub: 759