Jurnalistlər parlamentə noutbukla daxil ola biləcəklər


18:32     18 İyun 2020 milli-meclis.jpg

Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında jurnalistlər iştirak edəcək.

Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Milli Məclisə daxil olarkən, KİV və media üçün ayrılmış zonada çalışarkən fiziki məsafə gözləməniz, tibbi maska və əlcəkdən istifadə etməyiniz vacibdir. Hər birinizin plenar iclasa notebookla gəlməyiniz mümkündür", - deyə məlumatda qeyd olunub.


Femida.az

Açar sözlər:

Oxunub: 513