Baş Prokurorluq dövlət qulluqçularını təbrik etdi - Foto


11:02     23 İyun 2020 20_06_23_1592895947.jpg

Azərbaycan Respublikasının Baş Prokurorluğu dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib.

Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:

"23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı günüdür.

Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün mübarizə aparıldığı bugünlərdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət etmək üçün əllərindən gələni əsirgəməyən dövlət qulluqçuları böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün dövlət qulluqçularını, o cümlədən prokurorluq orqanlarında peşəkar və əzmkarlıqla xidmət edən dövlət qulluqçularını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".



Femida.az

Açar sözlər: #başprokurorluq   #dövlətqulluqçusu   #peşəbayramı  

Oxunub: 718