Gürcüstanda koronovirusla əlaqədar bir sıra qadağalar sərtləşdirilib
15:57 05 İyul 2020
Gürcüstanda koronovirus pandemiyası ilə əlaqədar bir sıra qadağalar sərtləşdirilib.
Femida.az bildirir ki, Gürcüstan hökuməti və epidemioloqlar əhalinin qadağalara ciddi riayət etməyə çağırıblar.
Hazırda Gürcüstanda qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir.
Eyni zamanda ictimai nəqliyyatda kondisionerlərin və digər soyuducu vasitələrin quraşdırılması, habelə maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi, 10 nəfərdən artıq adamın iştirakı ilə ənənəvi tədbirlərin (toy, nişan, hüzur, yubiley və s.) keçirilməsi qəti qadağandır.
Bundan başqa ölkədə təhsil prosesi məsafədən idarə olunmaqla onlayn keçirilir, kazino və totalizatorların fəaliyyəti də qadağan olunub.
Taksi sürücüləri hökmən maska geyinməli, iki nəfərdən artıq sərnişin götürə bilməzlər. Sərnişinlər isə arxa oturacaqlarda oturmalıdır.
Bu qaydaları pozan fiziki və hüquqi şəxsləri ciddi cəzalar gözləyir. Qaydaları təkrar pozan şəxslər isə hətta azadlıqdan məhrum edilə bilərlər.
Femida.az
Oxunub: 761
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var