I sinfə qəbulu üçün keçirilən onlayn müsahibələr başa çatıb
12:57 06 İyul 2020
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün təşkil olunmuş onlayn müsahibələr başa çatıb.
İdarədən Femida.az-a verilən məlumata görə, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak ediblər.
Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb. Müsahibənin nəticəsi üzrə təşkil olunmuş onlayn Apelyasiya komissiyasına edilmiş müraciətlərə təhsil qanunvericiliyinə və digər normativ aktlara uyğun baxılması təmin olunub.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibə formasını seçən vətəndaşlara da onlayn müsahibələrdə iştirak etmək imkanı yaradılıb. Bununla bağlı vətəndaşlara SMS bildiriş göndərilib, eyni zamanda sistemdəki “Əlaqə” bölməsi vasitəsilə əlavə məlumat verilib.
Femida.az
Oxunub: 633
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İstehlaka yararsız ət və süd məhsulları məhv edilib
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İbrahim Tatlısəs yol qəzasına düşüb
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər