FHN-in yanğınsöndürən maşını qəzaya uğrayıb, yaralananlar var
09:39 08 İyul 2020
Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya uğrayıb.
Femida.az -ın məlumatına görə, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)
Oxunub: 905
Oxşar xəbərlər
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edilib
- FHN-in qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər
- FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi
- FHN-in yanğınsğndürmə və qəza-xilasetmə əməliyyatlarının VİDEOSU
- FHN-in əməkdaşı Mingəçevirdə özünü çaya atan şəxsi xilas edib
- FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu uğurla başa vurub
- FHN-in yubiley medalı təsis edilib
- FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
- FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı