Bağ evində narkotik becərən şəxs tutuldu
18:12 11 İyul 2020
Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, ona məxsus Ləhiş bağları sahəsindəki evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram olan 201 ədəd çətənə kolu və 720 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1013
Oxşar xəbərlər
- Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq
- Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
- Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
- Bağçada azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb - RƏSMİ
- Bağdaddan gətirilən azərbaycanlı İŞİD uşaqları: onlar harada saxlanılır?
- Bağdan 150 kq fındıq oğurlayanlar saxlanıldı
- Bağdadda partlayış nəticəsində 30 nəfər öldü
- Bağlanmış bankların əmanətçilərinə 641 mln manatdan artıq kompensasiya ödənilib
- Bağda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
- Bağdadda yanğında 82 nəfər öldü - Ölkədə matəm elan edildi