Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
18:55 18 Yanvar 2022
Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb.
Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib: "Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq".
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
Oxunub: 559
Oxşar xəbərlər
- Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq
- Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
- Bağçada azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb - RƏSMİ
- Bağçalar sabahdan işləyəcək - Rəsmi
- Bağçalarda çalışan işçi heyəti peyvənd olunacaq
- Bağçalar fevralın 15-ə qədər açıla bilər
- Bağçalar açılır - RƏSMİ
- Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı - VİDEO
- Bağça müdirinin ölümü ilə bağlı cinayət işi başladı
- Bağça rəhbərlərinə ciddi xəbərdarlıq edildi