Neft Fondu bu yataqlardan 2,2 milyard dollar gəlir götürüb - 5 ayda


13:07     21 İyul 2020 20_07_21_1595323237.jpg


Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 2,21 milyard ABŞ dolları vəsait daxil olub.

Femida.az bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu müddət ərzində “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından isə ARDNF 197 milyon ABŞ dolları gəlir əldə edib.

​​O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 131 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.

Femida.az

Açar sözlər: #neft   #fond   #ARDNF   #AÇG  

Oxunub: 741