Gəncədə yaşlı kişi özünü yaşadığı binadan ataraq öldürüb


09:11     25 İyul 2020 20_07_25_1595629560.jpg

Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb.

Femida.az -IN məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.

Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 833