Orta aylıq əməkhaqqı artıb - Naxçıvanda
14:18 25 İyul 2020
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 18 milyon 879 min 100 manat kredit verilib.
Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, verilmiş kreditin 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 22 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır.108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
2020-ci ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 520 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 18,2 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
Femida.az
Oxunub: 1144
Oxşar xəbərlər
- Orta məktəb müəllimi koronavirusdan vəfat edib
- Orta məktəbdən oğurluq edildi
- Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta yaşlı qadını avtomobil vuraraq öldürüb
- Orta aylıq əməkhaqqı 819 manat oldu - Bakıda
- Orta yaşlı kişini avtomobil vurub
- Orta yaşlı kişi toyda öldü
- Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb - Nazirlik