Axtarışda olan 17 nəfər saxlanılıb


16:04     28 İyul 2020 2018/09/cinayet-hebs-genc-696x522_1538212023.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 14 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş veri, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 668