Nazirliyin proaktiv xidmətlərinin sayı 90-na çatacaq
09:58 11 Avqust 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında duran hədəflərdən biri Nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir.
Femida.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib ki, bu istiqamətdə ciddi işlər görülür.
Xüsusi karantin rejimi dövründə ƏƏSMN-nin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazandı.
Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.
Femida.az
Oxunub: 941
Oxşar xəbərlər
- Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib
- Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydaları dəyişdi
- Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub - Ölən var
- Nazirliyin vəzifəli şəxslərinə cinayət işi başlanıldı
- Nazirliyin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilir? - AÇIQLAMA
- Nazirliyin səyyar mikroavtobusları Masallıda
- Nazirliyin sabiq əməkdaşı iş yoldaşını döydürüb - RƏSMİ
- Nazirliyin sosial sığınacaqlarına 340 nəfər qəbul olunub
- Nazirliyin tabeliyində publik hüquqi şəxslər yaradılıb - FƏRMAN
- Nazirliyin “İnstagram” səhifəsinə müraciət etdi - Dəymiş ziyanı ödəndi