Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı


14:25     13 Avqust 2020 dopinq.jpg

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1002