Təhsil naziri özünə daha bir müşavir təyin etdi
16:02 19 Avqust 2020
Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb.
Nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub.
Bununla da, E.Əmrullayevin müşavirlərinin sayı artıb.
Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasında Pediatriya ixtisası üzrə təhsil alıb, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. O, 2017-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müşaviri, 10 iyul 2020-ci il tarixindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb. / Report
Femida.az
Oxunub: 1146
Oxşar xəbərlər
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
- Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb
- Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
- Təhsil müəssisələri bağlana bilər? - Nazir danışır