Ehtiyat təkərin içərisindən siqaret çıxdı
12:54 25 Avqust 2020
Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Femida.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı avtomobilin ehtiyat təkərinin içərisində gömrük nəzarətindən gizlədilən 13 160 ədəd "Marlboro double mix", 5 720 ədəd "Parliament Silver Blue" və 1 440 ədəd "Parliament Carat", ümumilikdə 20 320 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1078
Oxşar xəbərlər
- Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib
- Ehtiyatdakıların hərbi təlimə çağırılmasında təşvişə əsas yoxdur - RƏSMİ
- Ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar elan edilib
- Ehtiyatsızlıq ölümə səbəb oldu
- Ehtiyat zabitlərin hazırlanması qaydaları dəyişib
- Ehtiyatda olan zabitlərin pulsuz müalicə hüququ - Qanunda hansı boşluq var?