Tərtər polisi "Aşura" mərasimində iştirak edən 9 nəfəri cərimələdi


15:15     30 Avqust 2020 2020/08/a1a446e8-1fc8-3536-a744-3f225b2b3037_850_1598786274.jpg

Tərtədə "Aşura" mərasimində iştirak edənlər saxlanılıb.


Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1118