Gəncədə yaralananlardan biri erməni qadındır


15:52     04 Oktyabr 2020 2020/10/48a4e-1601811499_1601812565.jpg

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gəncə şəhəri Ermənistan ərazisindən raket və top mərmilərindən atəşə tutulub. Erməni təxribatı nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Femida.az-ın məlumatına görə, Gəncədə yaralananlardan biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnadır.

Nina Qriqoryan xəstəxanaya yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 517