MİDA Hövsanda daha bir yaşayış kompleksi inşa etdirəcək


10:47     07 Oktyabr 2020 yeni_bina_0541.jpg


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,8 hektar ərazidə daha bir yaşayış kompleksinin tikintisi üçün 6 lotluq açıq tender elan edib.


Lotlar üzrə iştirak haqqı 600-1 400 manat arasında dəyişir.

İddiaçılar ilkin sənədləri oktyabrın 23-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 2-nə qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Zahid Vəliyevdir. Telefon: (012) 594-54-01 (Daxili: 238).

Təkliflərə noyabrın 3-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 452