Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub


21:34     14 Dekabr 2015 iclas1.jpg

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.


Bu barədə Femida.az - a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər.

Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 15-də yekun vurulacaq.

Açar sözlər:

Oxunub: 924