Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başladı
14:50 01 May 2017
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib.
Femida.az-ın məlumatına görə, mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Təlimlər Azərbaycanda keçirilir.
Femida.az
Oxunub: 5397
Oxşar xəbərlər
- Azərbaycan-Türkiyə hərbi təlimləri başa çatıb
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - VİDEO
- Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb - VİDEO
- Azərbaycan-Türkiyə təlimlərindən yeni görüntü - VİDEO
- Azərbaycan-Türkiyə birgə təlimləri davam edir
- Azərbaycan-Türkiyə birgə taktiki təlimləri keçiriləcək
- Azərbaycan-Türkiyə hərbi dialoqu başladı
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub
- Azərbaycan-Türkiyə şahinləri Yevlaxda (FOTO)
- Azərbaycan-Türkiyə hərbi təlimlərindən yeni görüntülər (VİDEO)