İsrail səfiri: “Azərbaycanla dostluğumuza dəyər veririk”
13:55 22 Oktyabr 2020
“Biz, israillilər üçün bu hisslər, müharibə və hücumların nəticələri yad deyil. Xüsusilə milliyyətindən, etnik mənsubiyyətindən və dinlərindən asılı olmayaraq mülki vətəndaşlar hücum məruz qalan zaman”.
Femida.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri endirilən Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Mən şəhər sakinləri ilə görüşmək üçün Gəncəyə gəldim və raket hücumlarından sonra buradakı dəhşətli dağıntıları gördüm. Azərbaycan xalqına və Gəncə sakinlərinə, həlak olanların yaxınlarına başsağlığı verirəm, yaralıların tezliklə şəfa tapmasını arzulayıram. İnsanlarla danışdım, onların başına gələnləri dinlədim, bu, ürəkağrıdıcıdır. Bu, qəbuledilməzdir. Hər bir qurbanın önəmi var. Heç kim bu cür fəsadlarla yaşamamalıdır. Heç kim gecə yuxuda olarkən yaxınlarını, qohumlarını və qonşularını itirməməlidir”, - o bildirib.
Diplomat həmçinin qeyd edib ki, İsraillə Azərbaycan arasındakı əlaqələr kökləri tarixin dərinliklərinə gedib çıxan və müxtəlif əməkdaşlıqlarla əks olunan dostluq münasibətləridir. “Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk. Bu səbəbdən də bu gün buraya gəlmişəm. Özümüzlə sakinlər üçün humanitar yardım da gətirmişik”, - o vurğulayıb.
Femida.az
Oxunub: 449
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib