Qubada dezinfeksiya işləri görülüb


13:07     25 Oktyabr 2020 roadtoquba12-small.jpg

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Quba rayonunda zəruri tədbirlər həyata keçirilir.

Rayon ərazisində sanitar vəziyyətinin yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı profilaktik tədbirlər davam etdirilir.

Belə ki, məktəblərdə, uşaq bağçalarında dezinfeksiya işləri görülür. Bundan başqa idarə və təşkilatlara məxsus inzibati binalarda, çoxmənzilli yaşayış binalarının pilləkən qəfəslərində və həyətlərində, park və meydanlarda sanitar-gigiyena tədbirləri davam etdirilir. Eyni zamanda küçələr dezinfeksiyaedici məhlulla yuyulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 oktyabr 2020-ci il tarixdən etibarən Quba şəhəri və rayonun Zərdabi qəsəbəsi və Rustov kəndi sərt karantin rejimi tətbiq olunan yaşayış məntəqələri sırasına daxil edilib. Bu səbəbdən qeyd olunan ərazilərə xususi nəqliyyat vasitələri və yük maşınları istisna olmaqla, giriş-cıxış məhdudlaşdırıb. Postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri gücləndirilmiş qaydada xidmət aparır.

Femida.az


Açar sözlər:

Oxunub: 518